Kateqoriyasız

“Traktor Sazi” Çempionlar Liqasında uduzdu

Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, qərarlaşdığı qrupda lider olan Cənubi Azərbaycanın “Traktor Sazi” klubu evdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ı qəbul edib.

Qrup birinciliyini təmin etdiyindən təbrizlilər üçün bu matç formal xarakter daşıyıb. 3 qolun vurulduğu oyunda “Traktor Sazi” uduzan tərəf olub – 1:2.

Qeyd edək ki, “Traktor Sazi” 12 xalla turnir cədvəlinin 1-ci pillədə başa vurub.

3 may

Asiya Çempionlar Liqası, qrup mərhələsində 6-cı tur

18:30. “Traktor Sazi” – “Əl Hilal” – 1:2

Qollar: Ailton, 72 // Salem Al-Davsati, 16, Aloys Nong, 48,


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43