Dünya futbolu

Millimizin üzvü komandasına lazım olmadı

İspaniya ikinci liqasında 26-cı turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası olan “Kadis” “Reus”la qarşılaşıb və bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Kadis” 26 turdan sonra 41 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43