Kateqoriyasız

Millimizin üzvü oynadı, komandası Bundesliqa klubuna uduzdu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” yoxlama oyununda qüvvəsini sınayıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçumuzun komandası “İnqolştadt”la qarşılaışb.

Qarşılaşma “İnqolştadt”ın  qələbəsi ilə başa çatıb – 1:0.

Start heyətdə meydana çıxan Nazarov ilk hissədən sonra əvəzlənib.

Qeyd edək ki, “Karlsrue” növbəti yoxlama oyununda  “Bavariya” ilə qarşılaşacaq. Oyun yanvarın 16-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43