Kateqoriyasız

Millimizin üzvü Türkiyə çempionatında dubl etdi, komandasını qələbəyə daşıdı

Milli komandamızın sabiq hücuçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor” öz meydanında “Dənizlispor”la qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, milliləşdirilmiş serb forvardın əsas heyətdə meydana çıxdığı matç Ordu klubunun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Bu matçda Subaşiç də qol vurub. Belə ki, millimizin üzvü matçda qol pərdəsini açıq elan edən qolu matçın 41-ci dəqiqəsində vurub. Bundan sonra 65-ci dəqiqədə Aygun, 75-də isə yenidən Subaşiç fərqlənib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43