Ölkə futbolu

“Xəzər Lənkəran”lı futbolçu öz hayında: Siz oyununuza baxın, onun yuxusu gəlir – FOTO

XXV turun “Rəvan” – “Xəzər Lənkəran” matçı hər mənada dramatik alındı.

İdmanxeber.com-un məlumatına görə, ümumilikdə 90 dəqiqə boyu maraqlı mübarizə, gülüş doğuracaq məqamlar çox idi. Elə bu məqamlardan biri əməkdaşımızın gözündən yayınmayıb. Belə ki, “Xəzər Lənkəran”ın zədəli futbolçusu Deyvid Sakkoni tribunadan matçı izləyə-izləyə yuxuya dalmışdı. Braziliyalı yarımmüdafiəçi 90 dəqiqənin demək olar azı 30 dəqiqəsini yatmaqla keçirtdi. Yəqin komandasının göstərdiyi oyun Sakkonini yatmağa sövq etmişdi. 

Maraqlıdır, bu səs-küydə yatmağa fürsət tapan Sakkoni yuxuda görəsən nə görürdü?





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43