Kateqoriyasız

Millinin heyətində dəyişiklik edildi

Oktyabrın 18-də və 21-də Gürcüstanın Rustavi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək, qeyd olunan oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

İdmanxeber.az AFFA-ya istinadən xəbər verir ki, “Neftçi”nin üzvü Rüfət Abbasov toplanışda iştirak etməyəcək. Əvəzində “Neftçi”nin digər üzvləri – İbrahim Piriyev, Nihad Əliyev və “Qarabağ”dan Uğur Səfərov heyətə cəlb olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43