Ölkə futbolu

“Mladost” Bakıdakı ilk məşqinə çıxdı – FOTO

“Mladost” Bakıda ilk məşqinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ikinci matçında “İnter”in qonağı olacaq serblər Azərbaycan millisinin bazasının ehtiyat meydançasında hazırlaşıblar.

Nenad Milovanoviçin komandası sabah oyunun keçiriləcəyi “Dalğa Arena”nın əsas meydançasında məşq keçəcəklər.

Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena” baş tutacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk matçda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43