Kateqoriyasız

“Mladost”un baş məşqçisi etiraf etdi: “Neftçi” favoritdi”

Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Mladost” klubunun baş məşqçisi Nikola Rakoyeviç matç öncəsi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Çernoqoruya mətbuatına danışan təcrübəli mütəxəssis “Neftçi”nin cütün favoriti olduğunu bildirib:

“Neftçi” haqda məlumatlar toplamışam. Onların heyətində 3 braziliyalı və bir neçə legioner futbolçu var. İlk oyundan maksimum gücümüzü ortaya qoyacağıq. Təbii ki, “Neftçi” favoritdir. Ancaq bu, hər şey demək deyil. İlk matçın evdə və ya səfərdə olmasının bizim üçün əhəmiyyəti yoxdur. Mən buna önəm verməyən məşqçilərdənəm”.

Qeyd edək ki, “Neftçi” və “Mladost” komandaları arasında ilk oyun iyulun 2-də, Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43