Dünyadan

“Molde” – “Qarabağ” oyunu bu kanallarda

Bu gün Avropa Liqasının V turu çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Molde”nin qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Aker” stadionunda keçiriləcək qarşılaşmanı ölkəmizdə CBC Sport kanalı canlı yayımlayacaq.

Matçı həmçinin Türkiyənin Exxen, Norveçin TV3+, Avstriyanın Sky Sport 1, Fransanın RMC Sport və İsveçrənin Blue Sport kimi kanalları da yayım proqramına salıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43