08 Sentyabr 2024
Dünya futbolu

“Monako” almaniyalı müdafiəçi transfer edib

“Monako” Tilo Kehreri transfer etdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu almaniyalı müdafiəçini mövsümün sonuna qədər “Vest Hem”dən icarəyə götürüb. Monako yayda 11 milyon avro ödəyərək 27 yaşlı oyunçunu birdəfəlik transfer edə bilər.

Kehrer bu mövsüm London klubunun heyətində 12 oyuna çıxıb. O, Almaniya millisinin heyətində isə 27 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43