Dünyadan

“Monako”dan flaş transfer hərəkatı: Madrid klubuna 40 milyon təklif etdilər

Fransanın “Monako” klubu daha bir səs-küylü ytransfer reallaşdırmağa yaxındı.

İdmanxeber.com “Daily Mail”-ə istinadən xəbər verir ki, fransızlar Madrid “Atletiko”sunun forvardı Dieqo Kostanı rənglərinə bağlamaq istəyir. Bunun üçün “Monako” qarşı tərəfə 40 min futn təklif edib. 

Hətta braziliya əsilli ispan forvardın “Monako”da qazanacağı məbləğ də bəllidi. Təcrübəli oyunçu həftəsinə 150 min funt qazanacaq.

Qeyd edək ki, Dieqo Kosta bu mövsüm Madrid klubunda keçirdiyi 44 oyunda 33 dəfə rəqib qapılarına yol tapıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43