Kateqoriyasız

“Monako”nun kapitanı: “Qarabağ”ın müdafiə xətti güclü idi”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda “Monako”nu qəbul edən “Qarabağ” 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Monako”nun kapitanı Jeremi Tulalan matç haqda fikirlərini bildirib:

“Mövsümə elə də yaxşı başlamamışdıq. Artıq son oyunlarda özümüzə gəlmişik. Məqsədimiz evə 3 xalla qayıtmaq idi. İlk hissədə zəif oynadıq. Düzdür, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bilərdik. Amma “Qarabağ”ın müdafiə xətti güclü idi. Qrupda hazırda şanslarımız yaxşıdır. Qrupdan çıxmaq üçün “Anderlext”i mütləq məğlub etməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43