Dünya futbolu

Mourinyo: “Droqba, sənə həqiqətən ehtiyacım var”

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın futbolçusu Didye Droqbaya zəng edib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərə görə, çalışdırıcı Droqbaya zəng edərək onun “Çelsi”yə geri dönməsini xahiş edib.

“Sən “Çelsi”nin baş tacısan. Komandanı yenidən qurmaq, yeni bir heyət içərisinə girmək üzrəyəm. Bu səbəblə səni də yanımda görmək istəyirəm. Sənə həqiqətən ehtiyacım var”.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43