Premyer Liqa

Mövsümün ilk, tarixin 118-ci avtoqolu

Topaz Premyer Liqasının 2013/14 mövsümündə ilk avtoqol qeydə alınıb. “Sumqayıt”ın rusiyalı legioneri Adil İbrahimov IX turun “İnter”lə oyununda topu öz qapısından keçirib. Mövsümün ilk 8 turunda belə hal qeydə alınmamışdı.

I dövrənin son turunda gerçəkləşən avtoqol Sumqayıt təmsilçisi üçün 3-cü belə haldır. 3 mövsümdür Premyer Liqada çıxış edən “gənclik şəhəri” təmsilçisi hər dəfə 1 oyunda buna üzülür. “İnter” isə çempionatlar tarixində 12-ci dəfə rəqib qoluna sevinir.

Qeyd edək ki, ümumilikdə Azərbaycan çempionatları tarixində 118-ci dəfə futbolçu öz qapısına qol vurdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43