Premyer Liqa

Premyer Liqada mövsümün 100-cü qolu

Topaz Premyer Liqasının 2013/14 mövsümündə 100-cü qol vurulub. Yubiley topunun müəllifi AZAL-ın oyunçusu Qərib İbrahimov olub. IX turun “Simurq”la ev oyununda hesabı açan futbolçu cari mövsümün 100-cü qoluna imza atıb.

Belə ki, ilk 8 turda 93 qol vurulduğundan eyni gündə baş tutan I dövrənin son turunda qeydə alınacaq 7-ci top yubiley xarakteri daşımalı idi. Günün 7-ci qol sevincini isə AZAL-ın üzvü yaşayıb.

Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də “Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas vurmuşdu.

Başa çatan I dövrədə isə ümumilikdə 105 qol qeydə alınıb. Baş tutan 45 qarşılaşmada orta məhsuldarlıq 2,33-ə bərabər olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43