Ölkə futbolu

Mübariz Mənsimovdan növbəti göstəriş: Daha bir stadionda təmir-tikinti işlərinə başlanılır

Bir müddət öncə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun göstərişi ilə Masallıda yerləşən Anatoli Banişevski adına stadion təmirə bağlanldı.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun daha bir planı bəlli olub. “Palmali” şirkətlər qrupunun sahibi olan Mübariz Mənsimov Lənkəranın Kərgəlan kəndində yerləşən stadionun təmir-tikinti işləriynən bağlı göstərişlərini verib. 

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, sözügedən meydança klubun yardımçı stadionlarından biri olacaq. Belə ki, “ağ-yaşıllar” lazım gəldikdə bu meydançada da hazırlıqlarını davam etdirəcəklıər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43