Dünyadan

TFF “Trabzonspor” – “Fənərbağça” matçında çıxan olaylarla bağlı trabzonlulara sərt cəza verdi

Türkiyə Superliqasının 24-cü turu çərçivəsində keçirlmiş “Trabzonspor” – “Fənərbağça” matçında baş vermiş məlum olaylara görə, Türkiyə Futbol Federasiyası (TFF) müvafiq qərarlar verib.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TFF həmin oyunda yerli azarkeşlərin meydançaya partlayıvı maddə, yad əşyalar ataraq oyunun dayandırılmasına səbəb olmuşdular. Buna görə də, TFF Trabzon klubunu sərt cəzalandırıb. Komanda 6 ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə qaradənizlilər 80 min türk lirəsi ilə cərimələnib. 

Trabzon təmsilçisi  bu mövsüm “Kasımpaşa”, “Gənclərbirliyi”, “Qaziantepspor” və “Qalatasaray”la mühim ev oyunlarında azarkeş dəstəyindən məhrum olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43