Dünya futbolu

Müller 500-ə çatdı

Dünən keçirilən oyunda “Bavariya” “Borussiya”nı (Münhenqladbax) 3-1 hesabıyla məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, görüşə start heyətində başlayan Tomas Müller Münhen klubuyla 500-cü qələbəsini qazanıb.

2009-cu ildən “Bavariya”nın əsas komandasında çıxış edən Müller 690 oyunda 237 qol vurub və 264 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43