08 Sentyabr 2024
Ölkə futbolu

Murad Musayev: “Sabah”dan getmək istəmirəm”

“Sabah” Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– “Araz Naxçıvan” yaxşı komandadır. Onlarla oyunda özün öz qapına iki qol vurursansa, heç kim günahkar deyil. Günahkar bizik. Nəticə qanunauyğundur.

– Yenidən Yusif İmanova şans verdiniz. Bu, nə ilə bağlıdır? Buraxdığı qolu necə şərh edərdiz?

– Nicat ötən turda zədə almışdı. Buraxılan qola gəldikdə, olmamalı idi.

– Yay transferləri özlərini doğrultmur. Ola bilər ki, ona görə qeyri-stabil çıxış edirsiz?

– Biz özümüz günahkarıq. Çox asandır kimisə günahlandırmaq. “Səbail”lə matçdan sonra oyuna belə köklənməməlisən.

– Qışda yeni futbolçular gətirəcəksiz?

– Xeyr, planımız yoxdur.

– “Alaniya” və “Şinnik”in sizinlə maraqlandığı deyilir. Məsələ nə yerdədir?

– Bu mövsüm ərzində Premyer Liqdan 2-3 yaxşı təklifim olmuşdu. Getsəydim, ora gedərdim. Amma “Sabah”dan getmək istəmirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43