Ölkə futbolu

“Uşaqlıqda “Qarabağ”la qrup mərhələsini adlayacağımı desəydilər, zarafat olduğunu düşünərdim”

“Qarabağ”ın furbolçusu Elvin Cəfərquliyev komandadının Avropa Liqası pley-off mərhələsinə yüksəlməsinə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu “instagram” hesabından “Qarabağ”ın tarixi qələbəsi barədə bunları yazıb:

“Uşaqlıqda “Qarabağ”la qrup mərhələsini adlayacağımı desəydilər, zarafat olduğunu düşünərdim. Bütün azarkeşləri təbrik edirəm”.

Xatırladaq ki, Ağdam təmsilçisi AL-in qrup mərhələsinin sonuncu turunda “Hekken”i 2:1 hesabı ilə məğlub edərək, pley-offa vəsiqə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43