Ölkə futbolu

“Qəbələ” məğlub oldu, “Araz Naxçıvan” qalib gəldi – YENİLƏNİR

Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı “ASCO Arena”da baş tutub. “Səbail” autsayder “Qəbələ”ni sınağa çəkib. “Dənizçilər” görüşdən qələbə ilə ayrılıb – 3:0.

Bakılılar 26 xalla 3-cü pilləyə yüksəlib. Hesabında 11 xal olan “qırmızı-qaralar” isə sonuncudur.

Ardından turnir cədvəlində qonşu olan “Araz-Naxçıvan”la “Sabah” üz-üzə gəlib. Naxçıvan təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

22 xala malik paytaxt təmsilçisi 7-ci pillədə qərarlaşıb. “Araz Naxçıvan” isə 26 xalla “Səbail”lə bərabər 3-4-cü pilləni bölüşür.

Premyer Liqa
XVII tur
15 dekabr (cümə)

13:00. “Səbail” – “Qəbələ” 3:0

Qırmızı vərəqə: Samuel Tetteh, 35 (“Qəbələ”)

Qollar: Yadin Luqasi, 18,  İlkin Qırtımov, 52-avtoqol. Aleksandr Ramalinqom, 60-pen.

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah” 2:0

Qol: Boyan Letiç, 39-avtoqol, Turan Manafov, 72
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43