Ölkə futbolu

“Qışda bir az da güclənməliyik” – Şahin Diniyev

“Bizim üçün çox əsəbi oyun idi. 4 matçdır qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun idi. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Bunu çıxarmaq lazım idi. Düşünürəm ki, bu gün komanda rahat oynadı. Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Düzgün istiqamət tutmuşuq. Bunu davam etdirmək lazımdır. Qışda bir az da güclənməliyik. “Qəbələ”yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

Yayda oynadığımız heyətdən bu gün meydanda 7 nəfər yox idi. Kiçik bir komanda üçün bu, çox çətindir. Belə məqamlarda rotasiya etməlisən. Hüseynəli də bu məqama hazır olmalıdır. Bu gün Səlahət Ağayev Azərbaycan Premyer Liqasının ən yaxşı qapıçılarındandır. Bu gün belə qərar verdik. İtkilərimiz çox idi. Hüseynəli mənim inandığım qapıçıdır. Oyundan-oyuna dəyişikliklər olacaq. Mövsümün əvvəlində demişdim ki, yerimizə baxıb hərəkət edəcəyik. Hazırda normal yerdəyik. Avrokuboklardan çox uzaq deyilik. Buna görə də risk etmək lazım olacaq. Qışda 3 futbolçu transfer etməyə çalışacağıq. Zədəlilərimiz də qayıdacaq. Çoxluq yaratmaq istəmirik. Transfer çalışmalarımız çoxdan başlayıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43