Dünya futbolu

Muriel MLS-ə gedir

“Atalanta”nın forvardı Luis Muriel MLS-in yolunu tutur.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli hücumçu “Orlando Siti”yə transfer olacaq. İtaliya klubu bu transferdən bir milyon avro qazanacaq.

Muriel 2019-cu ildən bəri “Atalanta”da çıxış edirdi. O, “göy-qaralar”ın heyətində 184 oyuna çıxıb və 68 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43