Ölkə futbolu

Mustafa Dənizli: “20 yanvar unudulmayacaq”

“Xəzər Lənkəran” Antalyada keçirdiyi toplanışının bu günə təyin olunmuş səhər məşqində 20 yanvar şəhidlərini yad edib. Meydanın mərkəzinə toplaşan məşqçi və futbolçu heyətinə 24 il öncə baş vermiş faciə haqqında məlumat verilib.

Baş məşqçi Mustafa Dənizli qısa çıxış edərək “Azərbaycan xalqının tarixində qəhrəmanlıq və mübarizə günü olan 20 Yanvarın heç bir zaman unudulmayacağını” bildirib. Sonda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.(klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43