Ölkə futbolu

“İnter” Şəhidlər Xiyabanını ziyarət etdi – VİDEO

Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciə qurbanlarının xatirəsi yad edilir.

Bununla əlaqədar “İnter”in əməkdaşları, əvəzedici komandanın baş məşqçisi Rüstəm Əliyev, məşqçi və inzibati heyət, həmçinin ehtiyat heyətin futbolçuları Şəhidlər Xiyabanını ziyarət etdilər.

Klub nümayəndələri şəhidlərin məzarı önünə gül dəstələri qoydular və “Əbədi məşəl” abidə kompleksinin önündə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43