Ölkə futbolu

Mustafa Dənizli: “Biz daha çox növbəti mövsümü düşünürük”

“Sizin düşündüyünüz transferlər yazda, növbəti mövsüm üçün reallaşa bilər”. Bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli deyib.

Tanınmış türkiyəli mütəxəssisin “Xəzər Lənkəran”a baş məşqçi təyin edilməsindən sonra futbol ictimaiyyəti ulduz futbolçuların transfer ediləcəyini gözləyir. Hətta, bir ara Türkiyə yığmasının sabiq üzvləri Necati Ateş və İbrahim Tormanın adı “ağ-yaşıllar”la yanaşı hallanırdı. Lakin Dənizli bildirib ki, qış transfer dönəmində ulduz oyunçu almayacaqlar: “Biz daha çox növbəti mövsümü düşünürük, planlarımız bu cürdür. Lakin bu, o demək deyil ki, cari mövsümdə iddialı olmayacağıq. Avrokuboka düşmək üçün həm çempionatda, həm də kubokda şansımız var”. (apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43