Kateqoriyasız

Foqts Roberto Karlosla görüşdə nəyi müzakirə etdi?

Yanvarın 10-dan etibarən Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların məşqini və yoxlama oyunlarını izləməklə yanaşı, tanınmış mütəxəssislərlə də görüş keçirir.

İdmanxeber.com-un  AFFA-nın saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis bu dəfə Braziliya futbolunun canlı əfsanəsi və 2002-ci ildə dünya çempionu olmuş, hazırda Türkiyə Superliqasında çıxış edən “Sivasspor” klubun baş məşqçisi Roberto Karlosla görüşərək fikir mübadiləsi aparıb.

Qeyd edək ki, millimizin üzvü Cihan Özkara “Sivasspor” klubunun futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43