Kateqoriyasız

“Mustafa Dənizli hər zaman çempionluğa iddialı komandaları çalışdırdı” – VİDEO

“Rəvan”ın türkiyəli baş məşqçisi Güvənç Kurtar həmyerlisi Mustafa Dənizli barədə maraqlı açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, Kurtar təcrübəsinin Dənizlidən daha çox olduğunu deyib: “Mustafa Dənizli çox yaxşı bir baş məşqçidi. Ancaq mənim təcrübəm ondan çoxdu. Mustafa Dənizli hər zaman çempionluğa iddialı komandaları çalışdırdı. Mən məşqçiliyə 3-cü liqada başladım. Sonra ikinci, birinci liqaya yüksəldim. Çempionluq yaşadım, Superliqada çempionluq üçün mübarizə aparan komandalar yaratdım, bir-çox komandanı aşağı liqaya düşməkdən xilas etdim. Çox çətinliklərlə üzləşdim. Bu səbəblə mənim təcrübəm daha çoxdur”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43