Kateqoriyasız

Mustafa Dənizli: “Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik”

“Oyunun keyfiyyəti yüksək olmasa da, meydanda mübarizə var idi. Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik". 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.

Cənub klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

"Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq. Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43