Ölkə futbolu

Mustafa Dənizlinin son durumu

Səhhətində yaranan problemlər səbəbindən xəstəxanaya yerləşdirilən “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli sağalmaq üzrədir.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı bu gün evə buraxılacaq. Bu barədə mütəxəssisin özü “Lig TV” kanalına açıqlamasında bildirib.

Qeyd edək ki, Dənizli özünü pis hiss etdiyindən dünən səfərdə “Qarabağ”a (0:1) qarşı keçirilən oyunda komandanın başında ola bilməmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43