Ötən tur “Kəpəz”lə oyunu zədə səbəbindən buraxan “Turan Tovuz”un oyunçusu Fərid Nəbiyevin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu zədəsini sağaldıb. O, baş məşqçi Ayxan Abbasovun şans verəcəyi təqdirdə, “Səbail”lə oyunda meydanda olacaq.
Tovuz klubu yanvarın 26-da, doğma meydanda “dənizçilər”i qəbul edəcək.