Kateqoriyasız

Namik oynadı, komandası qələbə qazandı

Türkiyə I Liqasında XVIII turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” doğma meydanda “Balikesirspor”a qalib gəlib – 2:1.

Namik bu qarşılaşmannı iştirakçısı olub. 27 yaşlı vinger oyuna start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib.

Hazırda 28 xalı olan “Bursaspor” turnir cədvəlində 18-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43