Dünya futbolu

Nani və Bas Dost “Qarabağ”a qarşı oynaya biləcək?

“Sportinq” “Qarabağ”la oyuna hazırlaşır.

Avroliqanın qrup mərhələsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək “Sportinq” komandası oyunun hazırlıqlarını davam etdirir. Daha öncə Bas Dost və Naninin zədələ olduğu və “Qarabağ”la olan matçı buraxacağı deyilsə də, portuqaliyalının zədəsinin keçdiyi bildirilib. Portuqaliya mətbuatının yaydığı xəbərlərə görə, Nani oyun gününə qədər hazır olacaq.

Digər zədəli futbolçu Bas Dostun isə oynayıb-oynamayacağı sual altındadır.

Qeyd edək ki, “Sportinq” – “Qarabağ” görüşü sentyabrın 20-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43