19 Sentyabr 2024
Dünya futbolu

“Napoli” təcrübəli oyunçusunun müqaviləsini uzatdı

”Napoli” Matteo Politano ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu 30 yaşlı vingerin sözləşməsini 2027-ci ilin yayına qədər artırıb.

Politano 2020-ci ildən “Napoli”də çıxış edir. O, bu mövsüm 29 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43