Dünya futbolu

“Napoli”yə minnətdaram” – Viktor Osimhen

“Napoli”nin hücumçusu Viktor Osimhen İtaliya mətbuatına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, A Seriyası təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsində “Ayntraxt” klubunu məğlub edib. Komandanın aparıcı üzvlərindən olan Viktor Osimhen görüşün ardından gələcək karyerası ilə bağlı danışıb:

“Gələcəkdə məni nə gözlədiyini bilmirəm. Düşünürəm ki, düzgün yoldayam. Mövsümün sonunda mən və agentlərim oturub hər şeyi müzakirə edəcəyik. Klubla da danışıqlar aparacam. “Napoli”yə son dərəcə minnətdaram. Biz birlikdə yaxşı həll yolu tapacağıq”.

24 yaşlı forvard bu mövsüm “Napoli”nin heyətində bütün turnirlərdə 28 oyunda 23 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43