Ölkə futbolu

“Sabah” – “Beşiktaş” oyunu hansı stadionda keçiriləcək?

“Beşikaş” klubu “Sabah”la danışıqları davam etdirir.

Görüşdən əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insalara bağışlanacaq. Xeyriyyə məqsədi ilə keçiriləcək oyun üçün artıq tərəflər arasında şifarı razılıq əldə olunub.

Ən önəmli məsələ qarşılaşmanın vaxtı ilə bağlıdır. Bəzi detalların dəqiqləşməsinin ardından görüşün nə zaman keçiriləcəyi barədə ətraflı məlumat veriləcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunun vaxtı bəlli olmasa da, hansı stadionda baş tutacağı bilinir. “Sabah” – “Beşiktaş” arasında keçiriləcək yoldaşlıq matçı Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılması planlaşdırılır.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43