Dünya futbolu

Naqelsman Premyer Liqada çalışmaq istəmir

Yulian Nagelsman gələcək karyerası ilə bağlı qərarını verməyib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis bir neçə gün öncə “Bavariya”dan qovulub. Onun “Tottenhem”lə danışıq apardığı iddia edilir.

Ancaq “Bild” nəşri yazır ki, 35 yaşlı baş məşqçi Premyer Liqada çalışmağa müsbət yanaşmır. O, karyerası ilə bağlı yayda qərar verəcək.

London klubu Antonio Kontenin ayrılığının ardından komandanın başına müvəqqəti olaraq Kristian Stellinini gətirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43