Dünya futbolu

Arda Turan üçün xüsusi gecə

Türkiyə Futbol Federasiyası Arda Turanı mükafatlandıracaq.

İdmanxeber.az-ın məlumatına görə, millinin sabiq üzvü bu axşam AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Xorvatiya oyunu öncəsi mükafat alacaq.

TFF rəhbərliyi 100 dəfə millidə çıxış edən sabiq oyunçu üçün xüsusi mərasim keçirəcək. Federasiya prezidenti Mehmet Böyükekşi oyundan öncə “Timsah Arena”da Turanın mükafatını təqdim dəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43