Dünya futbolu

“Karyeramın nə qədər davam edəcəyini bilmirəm” – Lionel Messi

Ulduz futbolçu Lionel Messi yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu komandasının dünya çempionatındakı zəfərinə də toxunub. O, karyerası ilə bağlı da danışıb:

“Allaha şükür edirəm ki, futbolda hər şeyə nail ola bildim. Mənə verdikləri bu gözəl hədiyyələrə görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz hər zaman federasiya rəhbərliyi, məşqçilər heyəti ilə bərabər kollektiv şəkildə yaxşı hərəkət etdik.

İndi karyeramın qalan vaxtdan həzz almalıyam, bunun nə qədər davam edəcəyini bilmirəm. Karyeram boyu etdiyim kimi işimdən həzz almağa çalışacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43