Dünya futbolu

Nazarov 15 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 10-cu turun oyunları keçirilir.

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə bitib.

Nazarov qarşılaşmanın 75-ci dəqiqəsində meydana daxil olub.

“Aue” 11 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Dmitri Nazarov daha öncə etdiyi açıqlamada klubunda az oynadığından gileylənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43