İdman

Nazarov 3 qol vurdu, komandası 17:0 hesabı ilə qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu Almaniyanın “Erzgebirge” klubu yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, futbolçumuzun komandası bu ölkənin “Limbax-Oberfrona” ilə qarşılaşıb. Matç “Erzgebirge”nin 17:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözügedən matçda iştirak edən Nazarov, 3 qol vuraraq het-trik edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43