İdman

Nazilə İsmayılova 5-ci oldu

31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya kubokuna start verilib.

İdmanxeber.az məlumat verir ki, Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Onlardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə qalxıb. O, 45 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində 5-ci yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43