Ölkə futbolu

“Neftçala” AFFA-dan cavab gözləyir: Problem həll olundu!

Azərbaycan Birinci Divizionunda 2014-2015 mövsümünü lider qapayan və çempion olan "Neftçala"nın Premyer Liqaya lisenziya məsələsinə görə buraxılmayacağı bildirilmişdi.

İdmanxeber.com-un məlumatına görə, hətta AFFA bununla bağlı rəsmi məlumat yayaraq "Neftçala"nın bu şərtlərlə Premyer Liqada iştirak edə bilməyəcəyini qeyd etmişdi. Lakin az öncə klubun rəsmi səhifəsi lisenziya ilə bağlı yaranmış problemin həll olunduğunu bildirib.

Xəbərdə bildirilir ki, AFFA çərşənbə günü "Neftçala"nın lisenziya problemini həll etdiyini və Premyer Liqada iştirak edə biləcəyini rəsmən açıqlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43