Kateqoriyasız

“Neftçi” Azərbaycanın xal ehtiyatını artırdı – UEFA reytinqində

“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Avstriyanın “Rapid” (Vyana) klubu üzərində 2:1 hesablı qələbəsi sayəsində Azərbaycan bu mövsüm üzrə xal sayını artırıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubunun qələbəsi ölkənin aktivinə daha 0,250 xal əlavə edib.

Buna baxmayaraq Azərbaycsn 29-cu pillədə qalıb. 28-ci sırada 15,375 xalla Polşa qərarlaşıb.

Azərbaycanın UEFA-dakı xal ehtiyatı hazırda 14,250-di.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43