Ölkə futbolu

“Neftçi” azərbaycanlı futbolçudan cavab gözləyir

“Neftçi” növbəti mövsümün planlamasına start verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik yayda müqaviləsi başa çatacaq Azər Salahlını komandada saxlamaq istəyir. Son dönəmlərdə əsas heyətdə çıxış edən futbolçunun performansı məşqçilər heyətinin də rəğbətini qazanıb.

Ancaq müdafiəçi hələlik “ağ-qaralar”a cavab verməkdə tələsmir. O, “Neftçi”də qalıb-qalmayacağı barədə yekun qərarını verməyib. Təcrübəli müdafiəçiyə başqa yerlərdən də təkfiflər var.

Salahlı karyerası ilə bağlı yekun qərarını yaxın vaxtda rəhbərliyə bildirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43