Ölkə futbolu

“Neftçi” azarkeşləri onun yolunu gözləyir

“Neftçi” “Şerif”in futbolçusu Ziqi Badibanqanın transfer çalışmalarını bitirmək üzrədi.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı vingerin bu transferə “hə” dediyi və bu keçidin 8 fevral tarixinə kimi reallaşacağı bildirilir.

Artıq paytaxt klubunun azakeşlərio belçikalı oyunçunun “instagram” hesabına “Come to Neftçi?” yazaraq, onun yolunu gözlədiklərinə işarə vurublar.

Qeyd edək ki,  Dario Frederikonu Cənubi Koreyanın “Daequ” klubuna satan “Neftçi”  Baibanqa transferi ilə yaranmış boşluğu aradan qaldırmağa çalışır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43