Ölkə futbolu

“Neftçi” azarkeşlərini söhbətə çağırdı: “Gəlin, mənlə söhbət edin” (FOTO)

Xəbər verdiyimiz kimi, "Neftçi"nin futbolçusu Katalin Tira "Qarabağ"la oyunda azarkeşə yumruq atmışdı.

İdmanxeber.com-un məlumatına görə, bu haqdisədən sonra "ağ-qaralı" azarkeşlər futbolçunu hədələməyə başlayıb. Nəticədə məsələyə müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı da münasibət bildirib. O, Katalin Tirayla fotosunu paylaşaraq ona belə bir şərh verib:

“Katalin Tira… “Neftçi” adlı-sanlı komandadı, azarkeşləri də böyükdü. Yəqin bir-birimizi başa düşərik. Gəlin, mənlə söhbət edin, əziz qardaşlar…”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43