Ölkə futbolu

“Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” kimi ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladı”

“İnter”in qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində qarşılaşdıqları “Xəzər Lənkəran”la oyundan (3:0) danışıb və “Sumqayıt”la baş tutacaq növbəti matç haqqında fikirlərini bölüşüb.

“Xəzər Lənkəran”la oyun asan olmadı. Bizə erkən qol çox kömək etdi. Ondan sonra biz daha inamla oynamağa başladıq. Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və  “Xəzər Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq. Belə ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladı. İndi komandanı “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdir. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43