Ölkə futbolu

“Qəbələ” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır

Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq “Qəbələ” matçın hazırlıqlarını paytaxtda davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, ötən turdan (“Qəbələ” – “Simurq” 1:0) sonra doğma məkanda bərpa məşqi keçən, ardından isə paytaxta yollanan “qırmızı-qaralar” dünən “Bakı” Futbol Klubunun təlim-məşq bazasında meydana çıxıb.

Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəli olan Nikola Valentiç və Dieqo Koşta Silva qatılmayıb. Hazırlıq zamanı komanda müxtəlif toplu və topsuz çalışmalar yerinə yetirib.

“Qəbələ” matç öncəsi son məşqini bu gün qarşılaşmanın baş tutacağı “Bakcell Arena”da 17:00-da keçirəcək.

Xatırladaq ki, “Neftçi” – “Qəbələ” görüşü sabah – mayın 2-i, saat 17:00-da start götürəcək. Oyun İdman Azərbaycan telekanalı vasitəsilə canlı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43