Ölkə futbolu

“Neftçi” Bolqarıstan klubu ilə qarşılaşacaq

“Neftçi”nin Antalyadakı təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

İdmaxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “ağ-qaralar” yanvarın 26-da Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “ağ-qaralar” bu gün bir araya gələrək, məşqləri bərpa edəcək. Ayın 13-dək Bakıda təklim-məşq toplanışı keçəcək “Neftçi” həmin gün Türkiyəyə yola düşəcək. Komanda ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə “Slovan” (Liberets, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43